Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şamaxıdan tapılan dəfinə muzeyə verilib

11 Sentyabr 2017
Şamaxıdan tapılan dəfinə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinə verilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, dəfinəyə daxil olan numizmatik sikkələr Numizmatika və epiqrafika elmi fond şöbəsinə hədiyyə olunub. Sikkələrin tarixini müəyyənləşdirən Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri Əli Rəcəbli qeyd edib ki, daxil olan gümüş və mis sikkələr XVII-XIX əsrlərə aiddir. Dəfinə Şamaxıdan tapılıb. Xəzinənin əsas hissəsini təşkil edən gümüş sikkələr - abbasilər Səfəvilər və xanlıqlar dövründə zərb edilib.

Alim, eyni zamanda, Gəncə və Şamaxıda zərb olunan gümüş sikkələrin üzərində fars dilində “Ya sahibi-zaman”, “Ya Kərim” sözləri həkk edildiyini bildirib.