Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

IDEA Heyvanlara Qayğı Mərkəzinin əməkdaşları sahibsiz heyvanların yığılması işini həyata keçiriblər

11 Sentyabr 2017
IDEA Heyvanlara Qayğı Mərkəzinin əməkdaşları Binəqədi rayonundakı 7-ci mikrorayonda Abay Kunanbayev küçəsində sahibsiz heyvanların yığılması işini həyata keçiriblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, aksiyanın həyata keçirilməsində 80 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin işçiləri və həmin ərazidə yaşayan sakinlər fəal iştirak ediblər.

Sahibsiz heyvanlar müvafiq sığınacaqda peyvənd ediləndən sonra orada müvafiq bölmədə yerləşdiriləcəklər.

Aksiyanın rayonun digər ərazilərində də keçirilməsi nəzərdə tutulub.