Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın dövlət sərhədini pozduğuna görə 47 nəfər saxlanılıb

11 Sentyabr 2017
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bu ilin avqust ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 47 nəfər saxlanılıb. Onların 26-sı Azərbaycan, 8-i Özbəkistan, 5-i Rusiya, 3-ü İran, 2-si Tacikistan, 2-si Bolqarıstan, biri Gürcüstan vətəndaşı olub.

Sərhəd rejim qaydalarını pozarkən 1343 halda 1702 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 496 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 2 kiloqram 139,7 qram narkotik maddə aşkar edilərək götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 231 min 509 manat olan qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik tapança, 1 ədəd naqan tapançası, 2 ədəd siqnal tapança, 3 ədəd mina TM, 29 min 170 ABŞ dolları, 20 min 750 Rusiya rublu, 35 min zəli, 3 qayıq, 890 qutu pirotexniki vasitə, 22 min 270 qutu siqaret, 14 mobil telefon, 380 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqa-mətində tədbirlər davam etdirilir.