Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Premyer Liqası: “Sumqayıt” - “Neftçi” – 1:0

10 Sentyabr 2017
Bu gün futbol üzrə Topaz Premyer Liqasında IV tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda turnir cədvəlinin beşinci pilləsində qərarlaşan “Sumqayıt” klubu “Kapital Bank Arena”da paytaxt təmsilçisi “Neftçi” ilə görüşüb. Rəhim Həsənovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Beləliklə, “Sumqayıt” klubu aktivinə 6-cı xalını yazdırıb.

Qeyd edək ki, dörd turdan sonra hesabında on xal olan “Zirə” klubu Azərbaycan çempionatının vahid lideridir. Ağdamın “Qarabağ” komandası bir oyun az keçirib və doqquz xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Qəbələ” klubu isə yeddi xalla üçüncü pillədədir.