Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” klubu Londona yola düşüb

10 Sentyabr 2017
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında “Çelsi”nin qonağı olacaq Ağdamın “Qarabağ” klubu bu gün Londona yola düşüb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, “Çelsi” - “Qarabağ” matçı sentyabrın 12-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

UEFA Gənclər Liqasında mübarizə aparacaq “Qarabağ”ın U-19 komandası da əsas heyətlə birlikdə səfərə yollanıb. Gənclərin qarşılaşması isə Bakı vaxtı ilə saat 16:05-də başlayacaq.