Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Karateçimiz Ayxan Mamayev Almaniyada Premyer Liqa turnirinin qalibi olub

10 Sentyabr 2017
Azərbaycanın karate üzrə milli komandasının liderlərindən olan Ayxan Mamayev (84 kq) Almaniyanın Leypsiq şəhərində keçirilən Premyer Liqa turnirinin qalibi adına layiq görülüb. İdmançımız Dünya Karate Federasiyasının (WKF) karate üzrə birinci kateqoriyalı nüfuzlu yarışında yeddi görüş keçirib.

AZƏRTAC xəbər verir ki, A.Mamayev Koreya Respublikasının təmsilçisi Min Soo (2:0), meksikalı Limon Canedo (5:0), yunanıstanlı Georgios Çanos (4:3), taypeyli Vu Çun-Vey (4:0) rusiyalı İlya Qranovesov (2:1) və macarıstanlı Valeri Çobatarla (2:2, yarımfinal) görüşlərini qələbə ilə başa vuraraq finala yüksəlib. Həlledici qarşılaşma A.Mamayevin Azərbaycan əsilli rusiyalı idmançı Aleksandr Əliyev üzərində 6:0 hesablı tam qələbəsi ilə yekunlaşıb.

Premyer Liqada 87 ölkədən 1384 idmançı mübarizə aparıb.

A.Mamayevin mövsümün son Premyer Liqa turnirində qızıl medal qazanması onun dünya reytinq cədvəlinin ikinci pilləsindəki mövqeyini daha da möhkəmləndirib.