Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə XİN Almaniyaya səfər edən ölkə vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib

10 Sentyabr 2017
Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyada yaşayan, həmçinin bu ölkəyə səfər edən ölkə vətəndaşlarına müraciət edərək ehtiyatlı olmağı tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi saytında yerləşdirilib. Məlumatda bildirilir ki, irqçi qüvvələr tərəfindən 2000-2007-ci illərdə Almaniyada 7-si türk olmaqla 10 nəfər qeyri-alman öldürülüb. Bundan başqa, gömrük-keçid məntəqələrində türkiyəli turistlərlə kobud rəftar edilir. Müraciətdə qeyd edilir ki, hazırda Almaniyada sığınacaq tapan çoxlu sayda PKK və FETÖ mənsubu türkiyəli turistlər üçün də təhlükə mənbəyidir.

 

AZƏRTAC