Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər yeni təhlükəsiz akkumulyator yaradıblar

09 Sentyabr 2017
Tez-tez internetdə smartfonların partlaması nəticəsində zərərçəkmiş insanlar və ya onların mülkiyyəti barədə məlumatlar oxuyuruq. Buna səbəb enerji yükləyən və boşaldan elektrolitlərdir. Adətən elektrolitlərin kifayət qədər enerji toplaması üçün onlar yanar kimyəvi maddələrdən istehsal edilməlidir. Merilend Universitetinin alimləri yeni təhlükəsiz elektrolit növü yaratmağa müvəffəq olublar.

AZƏRTAC “4pda.ru” saytına istinadən xəbər verir ki, iki il bundan əvvəl bir qrup alim tərəfindən yaradılmış su əsasında işləyən elektrolitin gərginliyi 3 volt təşkil edirdi. Elektrolitin istifadəsi təhlükəsiz olsa da, enerjini çox saxlaya bilmirdi, buna görə kommersiya məqsədilə istifadə üçün əlverişli deyildi. İndi alimlər su əsasında işləyən elektrolitin analoqunu yaratmağa nail olublar. Lakin mütəxəssislər problemlə üzləşiblər. Məlum olub ki, su əsasında işləyən elektrolitlərdən ibarət akkumulyatorlar qısa işləmə müddətinə malikdir. Əgər alimlər bu problemi həll etsələr, onda smartfonlarda quraşdırılan batareyalar daha təhlükəsiz olacaq.