Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Oğuzda “Şəfa” bayramında iştirak ediblər

08 Sentyabr 2017
Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Oğuzda ilk dəfə “Şəfa” bayramı keçirilib.

Şəhər istirahət parkında təşkil olunan bayram tədbirində Oğuzun, eləcə də Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşələrində, dağlarında, düzənlik ərazilərində bitən dərman otları, şəfaverici bitkilər, həmçinin müalicəvi mineral sular, tərəvəz məhsulları, ev şəraitində hazırlanmış mürəbbə və şirələr nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin əməkdaşları da iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, mərkəz tərəfindən təqdim olunmuş 82 adda şəfalı bitki növləri, 19 adda cövhərdən və müalicəvi xüsusiyyətləri ilə faydalı olan amarant (qaratərə) bitkisindən hazırlanmış 10 adda ərzaq məhsullarından ibarət nümunələr bayram iştirakçıları, rayona gələn qonaqlar və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

“Şəfa” bayramının sonunda Şəki Regional Elmi Mərkəzinin əməkdaşları fəxri fərmanla təltif olunublar.