Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıxanov qəsəbə sakinlərinin ödənişsiz səyyar tibbi müayinəsi aparılıb

08 Sentyabr 2017
Sabunçu Rayon İcra Hakimiyyəti və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbə nümayəndəliyində sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası aparılıb.

Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən bildiriblər.

Aksiya zamanı 280 qəsəbə sakini pulsuz olaraq terapevt, endokrinoloq, kardioloq, oftalmoloq, ginekoloq, lor və pediatr həkimlərin tibbi baxışından və ultrasəs müayinələrindən keçirilib. Müayinədən keçən sakinlərə qanın ümumi analizi üçün xüsusi kupon verilib.