Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İtaliya yığmasına qalib gəlib

07 Sentyabr 2017
Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir yoxlama matçını keçirib.

AZƏRTAC xəbər verir ki, baş məşqçi Faiq Qarayevin yetirmələri Milan şəhərində İtaliya millisi ilə üçüncü dəfə görüşüblər.

Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Azərbaycan millisi rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, komandamızın İtaliya voleybolçuları ilə əvvəlki iki görüşü rəqibin xeyrinə başa çatmışdı - 3:0 və 3:2.