Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan nümayəndələri Avropa birinciliyinin liderləri arasındadırlar

07 Sentyabr 2017
Rumıniyanın Mamaya şəhərində altı yaş dərəcəsində - 8, 10 və 12 yaşlı, habelə 14,16 və 18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Avropa birinciliyi start götürüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan komandasının heyətində 28 şahmatçı var.

Artıq geridə qalan iki turdan sonra Azərbaycan nümayəndələri arasında maksimum xalları FIDE ustası Gövhər Beydullayeva, ustalığa namizədlər Ziya Məmmədov, Read Səmədov, Fərid Orucov, Aydın Süleymanlı, Səmra Qasımova, habelə İsmayıl Süleymanlı, Cahandar Azadəliyev, Sadiq Məmmədov, Suadə Abbaszadə və Ləman Hacıyeva toplayıblar. Ustalığa namizədlər Əli Süleymanovun, Səbinə Rzalının, habelə Xəzər Babazadə və Vüqar Manafovun hər birinin aktivində 1,5 xal var.

Bütün yaş dərəcələrində İsveçrə sistemi üzrə keçiriləcək yarışların hər bir iştirakçısı (Avropanın bütün ölkələrindən qatılan şahmatçıların sayı min nəfərdən çoxdur) doqquz partiya oynayacaq. Oyun günləri: 5-9, 11-14 sentyabr.

Avropa birinciliyi sentyabrın 14-də başa çatacaq.