Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Oskar” mükafatına laureatların adları açıqlanıb

07 Sentyabr 2017
Amerika Kino Akademiyası kinematoqrafiya sahəsində xidmətlərinə görə “Oskar” mükafatına laureatların adlarını açıqlayıb.

AZƏRTAC lenta.ru saytına istinadla xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Məlumata görə, laureatlardan biri 82 yaşlı aktyor Donald Sazerlenddır. O, karyerası ərzində 140-dan artıq filmdə çəkilib.

Onların arasında “Conni silahı götürdü”, “M.E.Ş. hərbi-səhra hospitalı”, “Kazanova Fellini”, “Qürur və qərəz” kimi filmlər var.

Mükafat, həmçinin rejissor və ssenarist Çarlz Bernettuya (“Qoyun qatilləri”) və Anes Vardeyə (“Xoşbəxtlik”, “Kleo 5-dən 7-yə qədər”) və operator Ouen Royzmana (“Şeytan qovan”, “Tutsi”, Teleset”) veriləcək.

Mükafat qaliblərə noyabrın 11-də təqdim olunacaq.