Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almanlar nikbinlik üzrə Avropa çempionudurlar

06 Sentyabr 2017
Avropalıların çoxu ilə müqayisədə almanlar öz ölkələrinin gələcəyini xeyli dərəcədə daha nikbin qiymətləndirirlər. AZƏRTAC xəbər verir ki, Bertelsman Fondunun sorğusunun nəticələrinə görə, AFR sakinlərinin 59 faizi güman edir ki, Almaniya düzgün istiqamətdə inkişaf edir. Müqayisə üçün deyək ki, İtaliyada bu göstərici ən aşağı səviyyədə olub, vur-tut 13 faiz təşkil edir; Böyük Britaniyada 31 faiz, Fransada 36 faizdir.

Almanlar Avropa İttifaqının inkişafına xeyli dərəcədə mənfi münasibət bəsləyirlər. Respondentlərin təqribən dörddəüç hissəsi (72 faizi) Avropa İttifaqının inkişaf istiqamətini düzgün hesab etmir. İtaliyada isə əhalinin 83 faizi daha kəskin tənqidi mövqe tutub. Bütövlükdə isə eyni fikri Avropa İttifaqı sakinlərinin 66 faizi bölüşür.

Almanların siyasi baxışlarına gəldikdə isə onlar ifrata varmaqdan çəkinirlər: almanların 80 faizi mərkəzçi siyasətə üstünlük verir. Fransada rəyi soruşulanların 51 faizi, Avropa İttifaqı üzrə 66 faizi belə qənaətdədir.

 

AZƏRTAC