Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Rusiyaya səfər edən turistlərin sayına görə “TOP-5”ə düşüb

06 Sentyabr 2017
Azərbaycan bu ilin 6 ayında Rusiyaya səfər edən turistlərin sayına görə “TOP-5”ə düşüb.

AZƏRTAC "lenta.ru"ya istinadla xəbər verir ki, bu müddətdə Azərbaycandan Rusiyaya 403 min ziyarətçi səfər edib. Ukrayna Rusiyaya dincəlməyə gedən xarici vətəndaşların sayına görə lider olub. Rusiya bu dövr ərzində təxminən 3,9 milyon ukraynalı qonaq qəbul edib. Sonrakı yerlərdə Qazaxıstan, Çin, Finlandiya və Azərbaycan qərarlaşıb.