Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər B vitamini çoxluğunun zərərindən danışıblar

04 Sentyabr 2017
Alimlər B vitamini çoxluğunun orqanizmə zərərli olduğunu bildiriblər.

AZƏRTAC vistanews.ru saytına istinadla xəbər verir ki, ABŞ-ın Ohayo ştatındakı universitet alimlərinin apardığı tədqiqat və testlər nəticəsində B vitamini artıqlığının orqanizmə zərər verdiyi təsdiqlənib.

Tədqiqatçıların fikrincə, B vitaminindən sui-istifadə onkoloji və digər xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu maddə həyat üçün vacib bir sıra orqanların, həmçinin həzm sisteminin fəaliyyətində iştirak edir. Ümumiyyətlə, vitaminlər klinik şəraitdə qəbul olunmalı və onlardan istifadə müddətində ümumi sağlamlıq vəziyyəti nəzarətdə saxlanılmalıdır. B vitamini əsasən əsəb sistemi ilə bağlı problemi olanlara tövsiyə edilir. Bu zaman vitaminin orqanizmə zərər verməməsi üçün xəstə nəzarət altında olmalıdır.