Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dondurma orqanizmi kalium və A vitamini ilə təmin edə bilir

04 Sentyabr 2017
Türkiyənin Uludağ Universiteti alimlərinin gəldiyi qənaətə görə, yay aylarında dondurma yemək orqanizmdə kalium və A vitamini ehtiyatını artırır.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar orqanizmdə A vitamini çatışmazlığının görmə pozulmalarına, sümük inkişafında ləngiməyə, sidik yolu infeksiyaları nəticəsində dəridə sızanaqların əmələ gəlməsinə səbəb olduğunu bildiriblər. A vitamini çatışmazlığını isə dondurma yeyərək azaltmaq olar.

Mütəxəssislər qeyd ediblər ki, idmanla məşğul olan adamların orqanizmində kaliumun miqdarı isti havaların təsiri nəticəsində normadan da aşağı düşə bilər. Kalium çatışmazlığı əzələlərdə gücsüzlük və daha tez yorulmaya səbəb olur. Dondurma isə bol kalium ehtiva etməklə yorğunluq və zəifliyi azaldır.