Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib

02 Sentyabr 2017
Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə abidənin ətrafında, eləcə də rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.