Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hərtərəfli qayğı görürük

31 Avgust 2017
 

Hörmətli redaksiya!

Biz üç ilə yaxındır ki, Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialında müalicə olunuruq. Hər dəfə ora müraciət edəndə bizə qayğı ilə yanaşır, müxtəlif prosedurlardan keçirirlər. Aldığımız müalicələr də tədricən müsbət nəticə verir və səhhətimizdə irəliləyiş hiss edirik.

Onu da qeyd edək ki, bu mərkəz 11 şəhər və rayonda yaşayan 1000-ə yaxın əlilə xidmət göstərir. Burada müalicə aldığımız müddətdə bir dəfə də olsun heç bir kəsdən şikayət eşitməmişik. Hamı söz düşəndə deyir ki, hərtərəfli qayğı ilə əhatə olunublar.

Özü də təkcə burada göstərilən xidmətdən yox, ümumiyyətlə, ölkəmizdə əlillərin reabilitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının təmin edilməsi istiqamətində görülən işlərdən ürəkdolusu danışırlar.

Bilirik ki, bu diqqət və qayğı dövlət başçısının apardığı uğurlu siyasət sayəsində mümkün olmuşdur. Yaralarımıza məlhəm olan başlıca amillərdən biri, bəlkə də birincisi, ölkəmizin gündən-günə tərəqqi etməsidir. Niyə də olmasın. Axı, eşitdiyimiz hər xoş xəbər, ölkəmizin ünvanına deyilən hər xoş söz ürəyimizi dağa döndərir, qəlbimizdə xoş duyğular oyadır. Biz də göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlığımızı bildiririk.

 

Namiq PƏRVƏROV,

İmran VERDİYEV,

Gəncə şəhəri, 3-cü qrup əlillər