Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Layihələr mərhələlərlə davam etdirilir

31 Avgust 2017
 

“Azərbaycan” qəzetinin 2 iyul 2017-ci il tarixli nömrəsində “Bəs bizim küçənin kanalizasiya və içməli su problemi nə vaxt həll olunacaq?”  sərlövhəli oxucu məktubu dərc olunmuşdu. Məktubda Mərdəkanın Əncirli küçəsindəki evlərin sakinləri kanalizasiya və içməli su problemindən bəhs etmişdilər.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin rəis müavini Köçərli HƏSƏNOVun imzası ilə redaksiyamıza cavab məktubu daxil olub. Məktubda deyilir:

“Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirlik sahəsi 45 ünvanında yaşayan bir qrup sakin tərəfindən “Azərbaycan” qəzetinə ünvanlanmış müraciətə “Azərsu” ASC-də baxılmışdır.

Məlumat üçün bildiririk ki, Buzovna-Mərdəkan-Şüvəlan yolunun genişlənməsi zamanı Mərdəkan qəsəbəsi, Əncirlik yaşayış sahəsində mövcud olan d400 mm kanalizasiya xətti yeni d600 mm kanalizasiya xətti ilə əvəz edilmişdir.

Nəzərinizə çatdırırıq ki, Abşeron yarımadasının yaşayış məntəqələrinin, o cümlədən Mərdəkan qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri hazırlanmış və icrası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin tədbirlər planına uyğun olaraq mərhələlərlə davam etdirilir”.