Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bir gəlmisən, bir də gəl

31 Avgust 2017
 

Son illərdə Azərbaycan əhalisinin şüurundan “uzaq bölgə”, “ucqar kənd” anlayışları tamamilə silinib. Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bütün bölgələrin siması dəyişib. O cümlədən Lerik də yaxşı mənada tanınmaz olub. Təbiətin bu bölgəyə bəxş etdiyi sonsuz gözəllikləri qurulan yeni infrastruktur, tikilən müasir binalar tamamlayır.

Rayonu paytaxtla, eləcə də ölkənin digər yerləri ilə birləşdirən köhnə yolların təmiri və yenilərinin çəkilməsi Leriki görmək, orada istirahət etmək istəyənlərin sayını artırıb. Leriki bir dəfə görən isə oraya yenə də gəlməyə can atır.

 

Foto Fərman BAĞIROVUNDUR