Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bağça yenidən qurulur

31 Avgust 2017
 

Respublikamızın bütün bölgələri kimi, son illər Qazax rayonunun da siması başdan-başa dəyişmişdir.

Burada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində istər rayon mərkəzi, istərsə də kənd və qəsəbələr gözəlləşmişdir.

Diqqət çəkən məqamlardan biri də odur ki, tikinti-quruculuq işləri təkcə rayon mərkəzində deyil, rayonun bütün ərazisində aparılır. Xüsusilə böyüməkdə olan körpələrin təlim-tərbiyəsinə böyük diqqət yetirilir. Kosalar kəndi Qazaxın ən böyük kəndlərindəndir. Burada əvvəllər mövcud olan problemlər tamamilə aradan qaldırılmışdır. Rayon mərkəzindən kəndə gedən yola asfalt salınmış, qaz, işıq və su problemi həll edilmişdir. Bu yaxınlarda isə kənddə fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan körpələr evi-uşaq bağçasının yenidən qurulmasına başlanılmışdır. Qısa vaxt ərzində binada pəncərə və qapılar dəyişdirilmiş, dam örtüyü və döşəməsi yenisi ilə əvəz olunmuşdur. Hazırda binada kosmetik işlər görülür. Bağça sentyabr ayında balacaların istifadəsinə veriləcəkdir.

 

Murad ALIYEV,

Qazax rayonunun Kosalar kənd sakini