Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Arzular çin olur

31 Avgust 2017
 

Pəlikəş Astaranın ucqar dağ kəndlərindəndir. Bu kəndin sakinləri istər yaxınlıqdakı qonşu kəndlərə, istərsə də rayon mərkəzinə gedəndə yolda xeyli vaxt itirirdilər. 21 kilometr uzunluğu olan Deqədi-Pəlikəş avtomobil yolu istifadəyə veriləndən sonra narahatlığa son qoyuldu.

Digər narahatlığımız xəstəxana sarıdan idi. Köhnə xəstəxananın binası 1972-ci ildə tikilərək əvvəlcə sovxozun gübrə anbarı olmuş, sonralar təyinatı dəyişdirilərək müalicə ocağı kimi fəaliyyət göstərmişdir. Ötən illər ərzində bina əsaslı təmir olunmadığından yararsız hala düşmüşdü. Ona görə də orada xəstələrə lazımi səviyyədə xidmət göstərmək mümkün deyildi. Artıq bu problem də aradan qaldırılıb. Bu yaxınlarda kəndimizdə 7 min əhaliyə xidmət göstərən xəstəxana üçün yeni bina tikilmiş, tibbi avadanlıqlarla təchiz edilərək istifadəyə verilmişdir.

Dediyim odur ki, regionların sosial-iqtisadi inkişaf yönümlü dövlət proqramlarının uğurlu icrası ucqar dağ kəndlərinin sakinlərinə də rahatlıq gətirir, arzular çin olur.

 

Talıb SALAYEV,

Astara rayonu,

Pəlikəş kəndinin sakini