Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“YARAT”da yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr olunub

28 Avgust 2017
 

 

“YARAT” Müasir İncəsənət Mərkəzində təşkil edilən “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, mövzu ilə bağlı düşərgədə təşkil edilən müvafiq dərslər tanınmış rejissor İlaya Faiq tərəfindən aparılıb.

Proqramda 8-17 yaşlı uşaqlar və yeniyetmələr iştirak ediblər. Müzakirə formatında keçən tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb. Qeyd edək ki, yay düşərgəsinin tədbirləri hər həftə müəyyən bir mövzuya həs olunur.