Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ukrayna KİV İşçiləri Assosiasiyası Vaqif Mustafayevi “Согласия” Qızıl Ordeni ilə təltif edib

28 Avgust 2017
Ukrayna KİV İşçiləri Assosiasiyası Bolqarıstan, Belarus, Qazaxıstan, Moldova, Polşa və digər ölkələrdən olan həmkarlarının təkliflərini nəzərə alaraq Vaqif Mustafayevin beynəlxalq əməkdaşlığın inkişafında kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərə görə “Согласия” Qızıl Ordeni ilə təltif olunması haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, sentyabr ayının sonlarında Bakıda Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Согласия” Qızıl Ordeni görkəmli kinorejissor, Xalq Artisti, Dövlət mükafatı laureatı, “Space” MTRŞ-nin prezidenti Vaqif Mustafayevə təqdim olunacaq.

Eyni zamanda, Vaqif Mustafayev Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin Fəxri Fərmanı ilə təltif olunub.