Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Süni intellekt mətnlərin keyfiyyətini qiymətləndirməyi öyrənib

28 Avgust 2017
Böyük həcmli mətnləri oxumaq kifayət qədər əyləncəli, lakin yorucu məşğuliyyətdir. “Disney” istehsalçıları bu işi süni intellektə həvalə etmək üçün mətnləri təhlil etmək və qiymətləndirmək imkanına malik alqoritm yaradıblar.

AZƏRTAC hi-news.ru saytına istinadla xəbər verir ki, “Disney Research” komandası Bostonun (ABŞ) Massaçusets Universitetinin mütəxəssisləri ilə birgə təklif edilən mətni oxuyaraq onun nə qədər yaxşı olduğunu aydınlaşdıra bilən üç neyron şəbəkəsi yaradıblar. Neyron şəbəkələrdən biri tarixlərin ayrı-ayrı hissələrinin analizi ilə məşğul olur, ikincisi bütün bu hissələrin bir-biri ilə bağlılığını öyrənir, üçüncüsü isə tam mətnə baxaraq onu qiymətləndirir.

Yeni tətbiq yüksək nəticələr göstərib. İstehsalçıların sözlərinə görə, alqoritm tədricən oxuduğu əsərlərin mənasını anlamağı və onların keyfiyyətini qiymətləndirməyi öyrənir. Güman olunur ki, tezliklə alqoritm özü nağıl kitabçaları yazacaq.