Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

RİİB-in dəstəyi ilə Mərkəzi Nef tçilər Xəstəxanasında ümumrespublika "açıq qapı" günü keçirilib

27 Avgust 2017
Avqustun 26-da Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin

(RİİB) və Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə xəstəxanada ödənişsiz tibbi müayinələr keçirilib.

AZƏRTAC xəbər verir ki, saat 09:00-da başlayan müayinələr kardioloji, uroloji xəstəliklər, ümumi terapiya, ümumi cərrahiyyə, nevrologiya, ginekologiya, oftalmologiya və digər sahələri əhatə edib.

Xəstəxananın yüksəkixtisaslı həkim kollektivi tərəfindən Bakı şəhərindən və respublikanın regionlarından olan sakinlər ödənişsiz müayinələrdən keçirilir və nəticələrdən asılı olaraq müalicələr təyin olunub.

Mərkəzi Neftçilər Xəstəxanasının kardioloji poliklinika şöbəsində ümumi müayinələr avqustun 26-da saat 16:00-dək aparılıb, uşaqların müayinəsi isə 3 gün davam edəcək.

Xatırladaq ki, Regional İnkişaf İctimai Birliyi Səhiyyə Nazirliyi ilə birlikdə Bakı şəhərində və regionlarda mütəmadi olaraq müxtəlif sahələr üzrə ödənişsiz tibbi aksiyalar təşkil edir.