Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İslandiyada məhsullar dronla ünvanlara çatdırılacaq

26 Avgust 2017
İslandiya ərazisində dünyada ilk dəfə olaraq malların dronlar vasitəsilə ünvanlara çatdırılması xidməti fəaliyyətə başlayıb.

AZƏRTAC “actualnews.org” saytına istinadən xəbər verir ki, layihənin müəllifləri İslandiyanın AHA xidmət mərkəzi və İsrailin “Flytrex” şirkətidir. Dronla məhsulların çatdırılması imkanları barədə çoxdan danışılır, ancaq ilk dəfə bu cür xidmət tam olaraq məhz Reykyavikdə istifadəyə verilib. Şəhərin problemi ondadır ki, dəniz sahilindəki buxtada yerləşir, həmçinin ərazisindən çaylar axır. Bu səbəbdən yerüstü nəqliyyat vasitəsilə məhsulların çatdırılması çətinlik yaradır. Artıq pilotsuz uçan aparatlarla çatdırılma layihəsinin müəllifləri bir neçə sınaq uçuşu həyata keçiriblər.

İlkin mərhələdə AHA və “Flytrex” gündəlik olaraq 20-yə yaxın çatdırılma həyata keçirmək və eyni anda bir neçə istiqamətdə dronları uçuşa buraxmaq niyyətindədir. Xidmət tam olaraq ilin sonuna qədər işə salınacaq, sifariş olunan məhsullar birbaşa evə çatdırılacaq. Pilotsuz uçan aparat eniş etməyəcək və məhsulları kəndirlə yerə endirəcək.