Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyəli alimlər Hüseyn Cavidin Ev Muzeyində

25 Avgust 2017
Türkiyənin Əskişəhər Osmanqazi Universitetinin professorları Ramazan Durmaz və Gül Durmaz Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində olublar.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı, Cavidlər ailəsi barədə məlumat verilib, görkəmli sənətkarın ölməz əsərlərinin (“Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam” və s.) əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, “Cavid hikməti: seçmə aforizmlər”, “Turan Cavidin ömür salnaməsi”, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid”, “Cavidşünaslıq” və s. nəşrlər haqqında qonaqlara ətraflı məlumatlar verilib.

Sonra türkiyəli alimlər muzeyin eksponatları ilə yaxından tanış olublar.