Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Forbes” informasiya texnologiyaları üzrə bu ilin ən zəngin iş adamlarının reytinqini dərc edib

25 Avgust 2017
“Forbes” jurnalı informasiya texnologiyaları üzrə 2017-ci ilin ən zəngin iş adamlarının reytinqini dərc edib.

“Microsoft”un qurucusu Bill Qeyts 84,5 milyard dollar varidatla reytinqin lideri olub. “Amazon” şirkətinin rəhbəri Ceff Bezos 81,7 milyard dollarla ikinci yeri tutub. “Facebook”un yaradıcısı və 69,6 milyard dollar varidata sahib olan Mark Zukerberq isə ən zəngin iş adamlarının reytinqində üçüncü yerdə qərarlaşıb.

AZƏRTAC “igate.com.ua” saytına istinadla xəbər verir ki, ilk dəfə reytinq iştirakçılarının ümumi kapitalı 1 trilyon dolları ötüb, iş adamları ötən illə müqayisədə 21 faiz artıq qazanıblar. Reytinqin tərtibçiləri bunu “Facebook”, “Amazon”, “Tencent” və “Alibaba” şirkətlərinin səhmlərinin məzənnəsinin artımı ilə izah edirlər. Bu şirkətlərin sahibləri digərləri ilə müqayisədə daha çox varlanıblar.

Reytinqin 50 faizini amerikalılar təşkil edir. Həmçinin ilk onluqda 8 iş adamı ABŞ sakinidir.