Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

25 Avgust 2017
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 602; 2009, № 2, maddə 74, № 6, maddə 424; 2012, № 2, maddə 137; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1518) 1-ci hissəsi ilə təsdiq edilmiş birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

“Komissiyanın sədri

 

Artur Rasi-zadə          - Azərbaycan Respublikasının Baş naziri

 

Komissiya sədrinin müavini

 

Şahin Mustafayev      - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Komissiyanın üzvləri:

 

Samir Şərifov  - Azərbaycan Respublikasının maliyyə naziri

Ramin Quluzadə        - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Hüseynqulu Bağırov  - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Əbülfəs Qarayev        - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov       - Azərbaycan Respublikasının təhsil naziri

Xələf Xələfov            - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini

Aydın Əliyev             - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Nazim İbrahimov       - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Ramiz Həsənov          - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə

 

Dövlət Komitəsinin sədri

 

Qüdrət Qurbanov       - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Elçin Quliyev             - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Rövnəq Abdullayev   - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Cavid Qurbanov         - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Dursun Həsənov         - Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri”.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi  bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 avqust 2017-ci il