Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin deputatı Astanada beynəlxalq konfransda iştirak edəcək

24 Avgust 2017
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev avqustun 25-də Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində deputat “Yeni nüvə təhlükələri ilə üz-üzə” mövzusunda keçiriləcək elm və ümumdünya məsələləri üzrə 62-ci Paqouş konfransında iştirak edəcək.

Azay Quliyev nüvə silahının yayılmaması, beynəlxalq terrorizmlə mübarizədə ATƏT PA-nın həyata keçirdiyi işlər haqqında konfrans iştirakçılarına məlumat verəcək. Həmçinin bu istiqamətdə digər beynəlxalq qurumlarla gələcək əməkdaşlıq haqqında təkliflərini səsləndirəcək. Səfər çərçivəsində Azay Quliyevin Qazaxıstan Respublikasının Parlament Senatının sədri Kasımjomart Tokaev və digər rəsmilərlə görüşləri də nəzərdə tutulub.

Səfər avqustun 30-da başa çatacaq.