Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gələn ay “iPhone”un yeni modeli təqdim ediləcək

24 Avgust 2017
 

 

“Apple” şirkətinin “iPhone 8” smartfonunun təqdimatı sentyabrın 12-də keçiriləcək. Bu barədə şirkətin bloqunda məlumat verilib.

Yeni modellərin satışına isə sentyabrın 22-də başlanılacaq. Məlumata görə, 64 GB daxili yaddaşı olan “iPhone 8” smartfonu 999 dollara satılacaq. Bundan əlavə, “iPhone 8”in 256 və 512 GB daxili yaddaşa sahib versiyalarının da satışa çıxarılması gözlənilir.