Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qeyri-adi bitkilər: yaşamaq uğrunda mübarizədə

23 Avgust 2017
Ağac və bitkiləri əbəs yerə canlılar aləminə aid etmirlər. Onlar zahirən sakit və hərəkətsiz görünsələr də, nəfəs alır, yaşayır və ətraf mühitə uyğunlaşaraq müəyyən hərəkətlər edirlər. AZƏRTAC xəbər verir ki, qeyri-adi xüsusiyyətləri ilə fərqlənən bitkilər də var.

 

Susuzluğa davamlı

 

Cənub –Qərbi Afrikadakı Namibiya səhrasında yaşayan Velvitşia Mirabilis bitkisi uzun illər quraqlığa dözür. Yalnız kök, güclü saplaq və iki yarpaqdan ibarət bitkinin yarpağı uzanır və qalınlaşır. Onun 2 metr hündürlüyü, 8 metr eni var. Bitki saplağı ilə havadakı nəmliyi özünə çəkərək yağış yağmasa da 5 il yaşaya bilir.

 

Yenidən canlanan gül

 

Selaginella lepidofilla səhra bitkisi “Erikanın gülü” adı ilə tanınır. O, susuz səhrada yaşamaq qabiliyyətinə malikdir. Quraqlıq zamanı tamamilə quruyur, budaqlarını və yarpaqlarını yığaraq top formasını alır. Yağışlar başlayanda yarpaqlarını açaraq yenidən canlanır və həyati funksiyaları işə düşür.

 

Futbol topuna oxşayır

 

Euforbiya obez adıyla tanınan və beysbol topuna bənzəyən, kürə şəklindəki kaktus növünə aid bitki çox az yer tutmağına baxmayaraq, suyu özündə toplayır. Onun qalın gövdəsi kürə şəklində olduğuna görə su itkisini ən aşağı səviyyəyə endirərək səhra şəraitinə uyğunlaşmağa çalışır. Bitkinin suyunun zəhərli olması onun digər canlılardan qorunmasına kömək edir.

Euforbiya obezin kənarları qabarıq dilimli olan hissələri yaşıl rəngdədir, bəzi hissələrində bənövşəyi və qırmızı rənglərlə yanaşı üst hissəsində olan xırda çiçəkləri ona dekorativ görünüş verir.

 

Ən böyük çiçək

 

Dünyanın ən böyük çiçəyi hesab olunan Rafflesia Arnoldi 90 santimetr hündürlüyündə və 7-11 kiloqram ağırlığında olur. Bitki 9 aydan bir çiçək açır, açandan sonra ətrafa yaydığı qoxu ilə həşəratları özünə cəlb edir. Hər növ həşəratı özünə cəlb edən bitki tozcuqlarını dağıdır və bunun sayəsində nəslini davam etdirir.

 

Günəş işığı ilə rəqs edən bitki

 

"Teleqraf bitkisi" adlandırılan Desmodium gyrans ani hərəkət qabiliyyətinə malikdir. Xırda toxunuş, günəş işığı, istilik və titrəyiş nəticəsində kiçik yarpaqcıqlar saplaqları ətrafında dönür və hərəkətlər edir, gecələr yarpaqlar aşağı doğru sallanır. Yarpaqların hərəkəti Morze əlifbası sisteminə oxşadığına görə bitkinin adını da oradan götürüblər.

Su molekullarının hərəkəti yarpaqlardakı motor hüceyrələrinin şişməsi və büzüşməsinə səbəb olur və bitkinin yarpaqları dolub-boşalarkən onlar şaquli hərəkət edirlər.

 

Şüşəni xatırladan ağac

 

Vətəni Madakaskar olan baobabın Afrika və Avstraliyada da bitir, onun gövdəsinin alt hissəsi geniş olur, üst hissəyə doğru getdikcə şüşəni xatırladır. Özündə 300 litrə yaxın su saxlamaq qabiliyyətinə malikdir. İsti və quraqlığa davamlı olan bitki 500 ilə qədər yaşayır.