Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib

21 Avgust 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin başçılıq etdiyi, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliev və Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, İsrailin sabiq Prezidenti Dalia İtzik, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya və Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətinin daxil olduqları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun getdikcə artdığı, tərəfdaşlarının çoxaldığı, fəaliyyət istiqamətlərinin genişləndiyi vurğulandı və Mərkəzin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd edildi.