Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rəqs edən robotlar dünya rekordu qazanıb

21 Avgust 2017
Çinin “WL Intelligent Technology” şirkəti sinxron rəqs edən robotları sayəsində dünya rekordu qazanıb. Belə ki, “Dobi” adlı 1069 robot operatorun nəzarəti altında sinxron rəqs etmək və yeni dünya rekordu qazanmaq üçün bir araya toplanıb.

AZƏRTAC popmech.ru saytına istinadla xəbər verir ki, rekord Ginnesin “Rekordlar kitabı”na daxil edilib. Bundan öncəki rekordu isə sinxron rəqs edən 1007 robot həyata keçirib.

Bununla yanaşı, “Dobi” robotları mahnı ifa edirlər, həmçinin idmanla məşğul ola bilirlər.