Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu gün ABŞ sakinləri nadir təbiət hadisəsini müşahidə edəcəklər

21 Avgust 2017
ABŞ-ın Milli Günəş Rəsədxanasının yaydığı xəbərə əsasən, avqustun 21-də tam Günəş tutulması baş verəcək.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadla xəbər verir ki, Günəş tutulması yerli vaxtla 19:46-da başlayacaq, 20:48-də tam tutulma fazasına girəcək, 22:26-da isə tam Günəş tutulması baş verəcək. Tam Günəş tutulmasının sonu avqustun 22-də saat 00:01-də, qismən tutulmanın sonu isə saat 01:04-də baş verəcək.

Tədqiqatçılar Günəş tacının əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacağını bildirirlər.Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər. İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına "Böyük Amerika tutulması" adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsilə izləniləcək.

Növbəti Günəş tutulmasının isə 2035-ci il sentyabrın 2-də baş verəcəyi gözlənilir.