Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kimyaçılar yeni odadavamlı material hazırlayıblar

17 Avgust 2017
Çin və Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanan yeni odadavamlı material sıxlığının son dərəcə kiçik olmasına baxmayaraq yüklənməyə və yanğını effektiv dayandırmaq qabiliyyətinə malikdir.

AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, materialın əsasını köpüklənmiş polimid polimer, həmçinin qrafen və qırmızı fosfor kompoziti təşkil edir. Polimid və fosfor yanar materiallar olsa da, qrafenlə qatışdırıldıqda onların xüsusiyyəti dəyişir.

Yeni materialın sıxlığı təxminən bir kubsantimetrdə 16 milliqram təşkil edir ki, bu da havadan 16 dəfə daha ağırdır. Onun mexaniki xüsusiyyətləri kiçik polimer blokuna içərisi su ilə dolu 6 kiloqramlıq stəkanın təzyiqinə tab gətirməyə imkan verir. Bu xüsusiyyət materialı oksid silisium və ya qrafen əsaslı aerogellərlə eyniləşdirir.