Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Günəş sistemindəki ən qədim asteroid qrupu kəşf edilib

13 Avgust 2017
 

ABŞ-ın Sauzvest Araşdırma İnstitutunun astronomlarının liderlik etdiyi beynəlxalq tədqiqatçılardan ibarət kollektiv Mars ilə Yupiter arasındakı asteroid qurşağında bir qrup göy cisminin varlığını təyin edib.

AZƏRTAC xəbər verir ki, asteroid qrupunun qaz nəhəngləri deyilən Yupiter, Saturn, Uran və Neptun kimi xarici planetlərin meydana gəlməsi prosesində ortaya çıxan orbit dəyişmələri zamanı daha böyük asteroidlərin bir-biri ilə toqquşması nəticəsində yarandığı təxmin edilir.

Günəş sistemində kəşf edilən ən qədim asteroid qrupunun yaşının 4 milyard ildən çox olduğu bildirilir.