Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dişlərin sağlamlığının qorunması üçün nələri az yemək lazımdır?

12 Avgust 2017
Stomatoloqlar müəyyən ediblər ki, qurudulmuş meyvələr və günəbaxan tumları dişlərin sağlamlığı üçün son dərəcə zərərlidir. Belə ki, bu qidaların kiçik hissəcikləri dişlərin arasında qalır. Həmin qalıqlar bakteriyaların aktiv çoxalmasına ideal şərait yaradır və bu da diş minasını zədələyir.

AZƏRTAC xəbər verir ki, stomatoloqlar diş sağlamlığı üçün, həmçinin iris konfetlərindən uzaq durmağı məsləhət görürlər. Çünki bərk olan bu konfetlərdə həm də böyük miqdarda şəkər və müxtəlif konsentratlar var.

Mütəxəssislər qazlı içkilərin və çayın həddindən artıq içilməsinin də zərərli olduğunu bildirirlər. Bu içkilərin də diş minasını zədələdiyi, həssaslığını artırdığı qeyd edilir.