Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstanda minaatan atəşi nəticəsində azı 16 nəfər həlak olub

12 Avgust 2017
 

Əfqanıstanın Faryab əyalətində minaatan atəşi nəticəsində azı 16 nəfər, o cümlədən 10 uşaq həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, əyalətin polis rəisi Niamatullah Tofan atışmanın avqustun 11-də Dövlət Abad rayonunda baş verdiyini bildirib.

Onun sözlərinə görə, rejim qüvvələri ilə “Taliban” silahlıları arasında baş verən toqquşma zamanı tərəflər ağır silahlardan istifadə ediblər. Dinc əhalinin ölümünə səbəb olan mərmilərin kimin tərəfindən atıldığı məlum deyil.