Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə bu il Aralıq dənizində neft-qaz quyusu qazacaq

12 Avgust 2017
Türkiyə bu ilin son rübündə Aralıq dənizdə qazma gəmisini istifadəyə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Berat Albayrak deyib. Nazir qeyd edib ki, Türkiyənin həm qaz, həm də neft axtarışı üzrə texnikaları var. Bu çərçivədə daha fəal işlər görəcəyik. Hazırda neft və qaz axtarışı üzrə dünyada müxtəlif texnikalar istifadə edilir.

“Regionda çox mühüm layihələr həyata keçiririk - Şərqi Aralıq dənizi, TANAP, “Türk axını”. Bölgədə sülhə töhfə verəcək və enerji təminatına təsir edən Rusiya, ABŞ və Çin ilə müzakirələr aparırıq.