Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər xoşbəxtlik hissi ilə sağlamlıq arasında əlaqəni sübut ediblər

12 Avgust 2017
 

Amerika alimləri sağlamlığın xoşbəxtliklə əlaqəsini sübut ediblər.

AZƏRTAC MedVesti saytına istinadla xəbər verir ki, aparılan tədqiqatların nəticəsində özlərini xoşbəxt hiss edənlərin digərlərinə nisbətən sağlamlıq baxımından daha güclü olduqları bəlli olub. Bundan əlavə elm adamlarının fikrincə xoşbəxtlik hissi orqanizmin qoruyucu funksiyalarına və ürək-damar sisteminə də müsbət təsir göstərir. Eləcə də araşdırmalardan xoşbəxt insanlar depressiya və stress vəziyyətlərinə daha az məruz qaldıqları da məlum olub.