Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

OPEC: “İyulda qlobal neft təklifi gündəlik 170 min barel artıb”

12 Avgust 2017
 

İyulda qlobal neft təklifi əvvəlki aya görə gündəlik 170 min barel artaraq sutkada 97 milyon 300 min barel olub.

Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, gələn il qlobal neft tələbatı bu ilə görə gündəlik 1 milyon 280 min barel artımla sutkada 97 milyon 770 min barelə çatacaq.

OPEC-in 2018-ci ildə xam neft tələbatı bu illə müqayisədə dəyişməyərək 32 milyon 400 min barel olacaq. Qeyri-OPEC ölkələrinin neft təklifi isə 2018-ci ildə bu ilə görə gündəlik 1 milyon 100 min barel artaraq sutkada 58 milyon 870 min barel təşkil edəcək.