Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qeyri-dövlət tikinti sektorunda əməkhaqları daha yüksəkdir

12 Avgust 2017
 

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər olmuşdur.

Onların 48,6 min nəfəri bina tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri ixtisaslaşdırılmış tikintilərdə çalışmışdır. İşçilərin 28,2 faizi dövlət, 71,8 faizi qeyri-dövlət tikinti müəssisələrində cəmləşmişdir.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artaraq 807,8 manata çatmışdır. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 927,6, dövlət sektorunda 521,3 manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə binaların tikintisində işləyənlərin orta aylıq nominal əməkhaqqı 7,5, mülki təyinatlı inşaat işlərində çalışanlarınkı  8,8 faiz artmışdır.

 

“Azərbaycan”