Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qaba və qüvvəli yem tədarük edilir

12 Avgust 2017
 

Ağcabədi rayonunda fəaliyyət göstərən “Azaqrotaxıl” MMC ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz sanballı töhfələrini verir. Təsərrüfatda müxtəlif növ bitkiçilik məhsulları yetişdirilir. Onlardan bir çoxu qaba və qüvvəli yem kimi heyvandarlıq sahəsi üçün tədarük edilir.

İlk növbədə taxılçılıq məhsullarının ildən-ilə artırılmasına diqqət yetirilir. Bu il təsərrüfatın 600 hektar sahəsində taxıl əkilib. Hər hektardan 40-41 sentner məhsul götürülüb.

Təsərrüfatın sahələrində həmçinin şəkər çuğunduru, pambıq, soya, qarğıdalı (dənlik və silos üçün) yetişdirilir ki, bunlar bitkiçilik məhsullarının artımını təmin edir. Bir çox məhsullar isə yem kimi tədarük edilərək heyvandarlığın inkişafına təkan verir.

MMC-nin işçiləri hər il yetişdirib satdıqları məhsullardan götürdükləri gəliri təsərrüfatın daha da inkişafına yönəldirlər. Burada yeni məhsul növlərinin əkilib-becərilməsi məhz həmin inkişafdan xəbər verir. Belə ki, indi təsərrüfatın əməkçiləri sahələrdən bol kartof, soğan və digər tərəvəz məhsulu da götürürlər.

 

“Azərbaycan”,

foto Ağaəli MƏMMƏDOVUNDUR