Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

12 Avgust 2017
Avqustun 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə start verilib.

AZƏRTAC xəbər verir ki, mövsümün açılış oyununda son çempion “Qarabağ” klubu ilə “Neftçi” komandası ilə üz-üzə gəlib. “Bakcell Arena”da keçirilən görüşdə “Qarabağ” rəqibi üzərində 3:1 hesablı qələbə qazanıb. Son çempionun heyətində Mahir Mədətov dubl edib, komandanın üçüncü qoluna isə Dino Ndlovu imza atıb. Ağdamlıların yarımmüdafiəçisi Rahid Əmirquliyev isə avtoqol müəllifi olub.