Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünyanın ən yaşlı kişisi 113 yaşında vəfat edib

11 Avgust 2017
Dünyanın ən yaşlı kişisi İsrael Kristal 113 yaşında İsraildə vəfat edib.

AZƏRTAC Ria Novosti agentliyinə istinadla xəbər verir ki, Polşada anadan olan İsrael Kristal 1950-ci ildə İsrailə köçüb. O, İkinci Dünya müharibəsi zamanı Holokostun dəhşətlərini yaşayıb, iki uşağı və həyat yoldaşı qətlə yetirilib. Yaşasaydı sentyabrın 15-də 114 yaşına qədəm qoyacaqdı.