Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Misirdə qatar qəzası nəticəsində ölənlərin sayı 36-ya çatıb

11 Avgust 2017
Misirin şimalında iki qatarın toqquşması nəticəsində həlak olanların sayı 36-ya çatıb, onlarla insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, ölkənin səhiyyə ocaqlarından daxil olan məlumatlar həlak olanların sayının artacağı ehtimalını yaradır.

Qəza Qahirədən gələn sərnişin qatarının nasazlığa görə dayanan Port-Səid–İsgəndəriyyə qatarına çırpılması nəticəsində baş verib.