Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nataşa Volodina: “Jara” festivalı yaddaşlarda iz qoyan incəsənət bayramıdır

11 Avgust 2017
“Jara” festivalı yaddaşlarda iz qoyan incəsənət bayramıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri iyulun 27-dən 30-dək Bakıda - Xəzərin sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara-2017” Beynəlxalq Festivalına qatılan rusiyalı bloqqer Nataşa Volodina söyləyib.

Paytaxtımızda qonaq olan bloqqer Bakıdan videoçarx da hazırlayıb. Videoçarxda hər gününün yadda qalan olduğunu vurğulayan Nataşa Volodina Bakı haqqında təəssüratlarının yüksək səviyyədə olduğunu qeyd edir.

Qaldığı oteldən, ticarət mətkəzindən, Dənizkənarı Milli Parkdan və ən əsası “Jara” festivalının təşkilatçılığından ağız dolusu danışan bloqqer yenidən ölkəmizə gəlmək istədiyini bildirir. Gələn il də “Jara”ya dəvət almasını arzuladığını deyən bloqqer bu festivalın möhtəşəmliyi ilə digərlərindən fərqləndiyini vurğulayır.

Nataşa Volodina Heydər Əliyev Beynəlxalq Aeroportunun gözəlliyini xüsusi qeyd edir.